Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıların arzusu gələn Novruz bayramı tonqalını Xocalıda, Xankəndində alovlandırmaqdır

0

  •          Martın
    18-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Yurdumuza bahar gəlir” adlı ümumrayon şənliyi keçirildi. Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı şənliyində Xocalı rayon İcra
    Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanlarının,
    idarə və müəssisələrinin kollektivləri, şəhid aiələri, qazilər, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti iştirak
    etdilər. 

            Əvvəlcə xalqımızın qədim adət-ənələrini özündə əks etdirən sərgilərə,
    milli oyunumuz olan dirədöyməyə, xoruz döyüşünə, ipdartma yarışına baxıldı. Yumurta döyüşdürüldü. Süvarilər at üstündə Şanlı Bayrağımızı qaldıraraq dövrə vurdular. Bayram süfrəsi açıldı. Rayonumuzun rəhbəri Şahmar Usubov Vətən müharibəsi qazimiz Əli Hümbətovla birlikdə bayram tonqalını alovlandırdı. 

              Tədbirdə çıxış edən rayonumuzun rəhbəri Şahmar Usubov bildirdi ki, biz Zəfər bayramından sonra ilk dəfə olaraq qələbə əhval-ruhiyyəli Novruz şənliyini qeyd edirik. Tədbir iştirakçılarına, xalqımıza təbriklərini çatdıran Şahmar Usubov millətimizə sevincli günlər arzuladı. Novruz bayramının Azərbaycan xalqının
    mədəniyyətini, qonaqpərvərliyini bütün dünyaya göstərməkdə xüsusi əhəmiyyət
    daşıdığını dedi. Bildirdi ki, Azərbaycan xalqı qədim tarixə və yüksək mədəniyyətə
    malik xalqdır. Novruz bayramında milli ruhumuzu nümayiş etdirir. Azərbaycan
    xalqının qonaqpərvərliyini, insanlarımızın süfrəsinin hər zaman açıq olduğunu,
    qədim el adətlərini özündə cəmləşdirir. Novruz bayramı əmin-amanlıq, sülh bayramıdır. 

                 Şahmar Usubov fikirlərinə əlavə etdi ki, sovet
    rejimi dövründə Novruz bayramını təntənəli keçirməyə icazə verilmirdi.
    Ancaq bu bayramının adət-ənənələri qorunub saxlanıldı. Respublikamız müstəqilliyini əldə etdikdən sonra Novruz bayramı böyük coşqu
    ilə qeyd edilməyə başladı.         Azərbaycan xalqı qonaqpərvər xalqdır. Bizim humanistliyimizdən, qonaqpərvərliyimizdən istifadə edən mənfur düşmənlər torpaqlarımızda yaşamağa başladılar. Sonra da torpaqlarımıza göz dikdilər, bizə faciələr yaşatdılar. Düşmənə İkinci Qarabağ müharibəsində layiqli cavabı verdik. Başımıza gətirilən faciələrin əvəzini çıxdıq. Zəfər çalmış xalqın, ordunun nümayəndələri kimi qürur və fəxr hissi keçiririk. Haqq savaşımızdakı qələbəmizdən sonra qəddimizi dik tutduq, başımız ucaldı. Uzun müddətdir ki, biz qələbə arzulayırdıq. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqallarımız qalanır.  

    Bayram şənliyində rayonumuzun mədəniyyət işçiləri - Vüsalə Hümbətova, Flora Cavadova, İsmayıl Məmmədov, Nəsif Quliyev, Ruslan Mustafayev Novruz bayramına aid və milli ruhda bəstələnmiş mahnılar ifa etdilər. 

    Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı Xocalı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı milli kompozisiya nümayiş etdirildi. Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin
    şagirdlərinin iştirakı ilə Qarmon ansamblının ifasında "Bayram axşamlarında" musiqisi və Nağara ansamblının ifasında
    ritm dinlənildi. 

     Milli geyimlərdə oğlanlar və
    qızlar rəqs etdilər. Bayramın rəmzlərindən olan Kosa və Keçəl gülməli
    səhnələrlə öz məharətlərini göstərdilər.

            Xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramı şənliyi
    xoş ovqatla başa çatdı. Bayram şənliyində hər kəsin dilində bu arzu vardı: - İnşallah gələn Novruz bayramında Xocalıda, Xankəndində bayram tonqalı alovlandıraq. 

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    Xocalıların arzusu gələn Novruz bayramı tonqalını Xocalıda Xankəndində alovlandırmaqdır

    Maraqlı gələ bilər